“Qarabağ” Azərbaycan Kubokunu qazanıb

“Qarabağ” Azərbaycan Kubokunu qazanıb
İdman 1243
 

Futbol üzrə Azərbaycan Kubokunda final matçı keçirilib. Naxçıvan Muxtar Respublikasının stadionunda "Qarabağ” və "Qəbələ” klubları üz-üzə gəlib.

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb – 2:0. Hər iki qol ikinci hissədə vurulub. 51-ci dəqiqədə Mahir Mədətov künc zərbəsindən ötürülən topu qapıya göndərib. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə "Qəbələ”nin futbolçusu Ürfan Abbasov qoyub. O, topu öz komandasının qapısına göndərib.

Beləliklə, "Qarabağ” ardıcıl ikinci mövsümü "qızıl "dubl”la başa vurub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda tarixində 6-cı dəfə Azərbaycan Kubokuna sahib olub.

Oyunu 12 minədək tamaşaçı izləyib.

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Neftçi" "Qəbələ"ni məğlub edib

"Neftçi" "Qəbələ"ni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulub. "Report"un məlumatına görə, "Bakcell Arena"da keçirilmiş turun...

1508 İdman 23:39 14 mart 2017

Son xəbərlər