Bu gün böyük oyun olacaq: "Qarabağ" - "Neftçi"yə qarşı

Bu gün böyük oyun olacaq: Qarabağ - Neftçiyə qarşı
İdman 1148

 

Bu gün Azərbaycan kubokunun finalında "Neftçi" - "Qarabağ"la qarşılaşacaq.

BAKU.WS-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionununda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Ardıcıl 3-cü dəfə Topaz Premyer Liqasını çempion kimi başa vuran "Qarabağ" "Neftçi" ilə oynayacaq. Ötən il olduğu kimi bu mövsümü də qızıl dublla başa vurmaq istəyən ağdamlılar bunu bacarsalar, həm də ilkə imza atmış olacaqlar. Ümumilikdə isə əgər bu, gerçəkləşsə, "Qarabağ" tarixində üçüncü dəfə qızıl dubl etmiş olacaq.

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Elman Musayev, Munis Abdullayev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Əli Hüseynov

Tofiq Bəhramov adına Respublika stadionu

BAKU.WS

Oxşar xəbərlər

Röyanı Aygün Kazımova əvəz edəcək (FOTO)

Röyanı Aygün Kazımova əvəz edəcək (FOTO)

Azərbaycan Kubokunun 25 mayda keçiriləcək final görüşündən öncə konsert proqramı təşkil olunacaq. BAKU.WS PFL-in rəsmi saytına istinadən məlumat verir ki, təd...

2191 Şou-biznes 19:17 18 may 2016

Son xəbərlər