Dünyanın ən məşhur azərbaycanlısının doğum günüdür (VİDEO)
Bu gün dünya futbol tarixinə "Qızıl fit” almış yeganə laysman kimi düşən azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun doğum günüdür.
BAKU.WS-in məlumatına görə, Tofiq Bəhramov idman tarixinə keçmiş SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi düşüb. Bəhramov keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi tarixə düşüb. Bundan başqa, azərbaycanlı hakim 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.
Əfsanəvi azərbaycanlı hakim tarixdə öz ədalətli qərarı ilə unudulmaz iz qoyub. 1966-cı ildə dünya çempionatının Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Herstin mübahisəli qolunu qeydə alan Tofiq Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi. Həmin ərəfədə "Qızıl fit”lə yalnız baş hakimlər təltif olunurdu.
Azərbaycanlı hakim, həmçinin 1970-ci il dünya çempionatında da hakim kimi futbol meydançasına çıxıb. Ən əsası isə əfsanəvi yarış sayılan Braziliya-Uruqvay yarımfinal yarışını idarə edib.
Əfsanəvi azərbaycanlı futbol hakiminin haqqında sənədli film də çəkilib. İngilis yazıçısı Artur Hopkraft özünün ən məşhur "Futbol adamı” kitabını Azərbaycan arbitrinə həsr edib.
Tofiq Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Azərbaycanda ölkənin bir nömrəli idman arenası – Respublika stadionu Tofiq Bəhramovun adını daşıyır. Dünyada hakimlər içərisində ilk dəfə 2004-cü ildə məhz ona abidə ucaldılıb.
Qeyd edək ki, Tofiq Bəhramov 1925-ci il 29 yanvarda Ağcabədi rayonunda anadan olub.
BAKU.WS
Oxşar xəbərlər
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Artıq 24 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir....