"Qarabağ"ın tarixi matçının biletləri satışa çıxır

Qarabağın tarixi matçının biletləri satışa çıxır
İdman 1178

 

Avropa Liqasının play-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Young Boys" (İsveçrə) qarşılaşmasının biletləri artıq satışa çıxır.

BAKU.WS-in məlumatına görə, avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da baş tutacaq qarşılaşmanın biletlərini stadionunun kassalarından almaq mümkün olacaq.

Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir. Biletlər avqustun-25-i səhər 10:00-dan etibarən satışa çıxacaq. Qarşılaşmaya olan böyük maraq səbəbindən "işbaz"ların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün "Qarabağ" FK vətəndaşlardan biletləri sadəcə yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından holoqramlı bilet almağınızı xahiş edir.

Klubdam bildirilir ki, kassadan bilet almaqla həm qənaət edib, həm də qeyri-qanuni alverin qarşısını almaqla vətəndaş mövqeyini sərgiləmiş olacaqsız.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ"dan möhtəşəm səfər qələbəsi (VİDEO)

"Qarabağ"dan möhtəşəm səfər qələbəsi (VİDEO)

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçilərindən "Qarabağ" dünən pley-off mərhələsinin ilk matçında "Yanq Boys"la qarşılaşıb. BAKU.WS-in məlumatına görə,...

1078 İdman 09:37 21 avqust 2015

Son xəbərlər