Qurban Qurbanov: "Bu vəziyyəti dəyişmək olar"

Qurban Qurbanov: Bu vəziyyəti dəyişmək olar
İdman 1213

 

"Düzdü, 1 top geridən başlayacağıq. Amma bu vəziyyəti dəyişmək olar. Azarkeşlərdən xahiş edirəm ki, bizi sona qədər dəstəkləsinlər". 

BAKU.WS-in məlumatına görə, bunu "Qarabağ”ımızın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ” - "Seltik" oyunu öncəsi mətbuat konfransında söyləyib.

Baş məşqçi bu dəfə tam komplektləşmiş komandaya qarşı oynacaqların söyləyib: ""Seltik", xüsusən də, cinah keçidləri ilə seçilən komandadı. Bizim üçün nə dərəcədə əhəmiyyətli oyun olduğunu bilirik. Biz nə qədər bacarığımız varsa, çalışacağıq meydançada göstərək. Meydançanın durumuna gəldikdə isə, bu haqda düşünmürük, xeyirlisi belədir. Hər iki komanda üçün eyni şərait olacaq. Əvvəlki günlərlə müqayisədə irəliləyiş var. Oyun gününə kimi meydança ideal vəziyyətə gəlməsə də, xeyli düzələr", deyə Q.Qurbanov bildirib.

Qeyd edək ki, "Qarabağ” - "Seltik" oyunu bu gün Tofiq Bəhrəmov adına Respublika Stadionunda Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.

BAKU.WS

Oxşar xəbərlər

Dərmanların qiymətinin ucuzlaşacağı vaxt açıqlandı

Dərmanların qiymətinin ucuzlaşacağı vaxt açıqlandı

"Ölkə başcısının tapşırığına uyğun olaraq 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib. Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi...

1534 Sosial 10:31 05 avqust 2015

Son xəbərlər