"Qarabağ" Azərbaycan kubokunun sahibi oldu - FOTO

Qarabağ Azərbaycan kubokunun sahibi oldu - FOTO
İdman 1217
 

Mayın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ” və "Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib. Finalda minimal hesabla qalib gələn Ağdamın "Qarabağ” komandası Azərbaycan kubokunun qalibi olub.

BAKU.WS xəbər verir ki, baş hakim Fariz Yusifov idarə etdiyi oyunda "Qarabağ”ın start heyətində meydana İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Miçel, Reynaldo, Dani Kintana, Rəşad Sadıxov, Riçard Almeyda, Ansi Aqoli, Bədəvi Hüseynov və Mahir Mədətov çıxıblar.

"Neftçi”nin ilk on birliyində Aqil Məmmədov, Kamal Qurbanov, Elvin Bədəlov, Jayro, Rahil Məmmədov, Məqsəd İsayev, Erik Ramos, Rəhman Hacıyev, Elşən Abdullayev, Araz Abdullayev və Ruslan Qurbanov yer alıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün birinci hissəsində hesab açılmayıb. Komandaların cəhdlərinə baxmayaraq, ikinci hissədə də qapılara top vurulmayıb. Əsas vaxtda qalib müəyyənləşmədiyi üçün əlavə vaxt oynanılıb. Əlavə olunmuş vaxtın sonuncu dəqiqəsində "Qarabağ”ın futbolçusu Miçel hesabı açıb.

Beləliklə, görüş 1:0 hesabı ilə "Qarabağ”ın xeyrinə başa çatıb. Ardıcıl iki ildir Azərbaycan Premyer-liqasının da qalibi olan "Qarabağ” klubu "Qızıl dubl” edib.

Mükafatlandırma mərasimində AFFA-nın prezidenti Rövnəq Abdullayev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak ediblər. Rövnəq Abdullayev kuboku "Qarabağ”ın kapitanı Rəşad Sadıqova təqdim edib.

BAKU.WS 

Oxşar xəbərlər

Bu gün böyük oyun olacaq: "Qarabağ" - "Neftçi"yə qarşı

Bu gün böyük oyun olacaq: "Qarabağ" - "Neftçi"yə qarşı

Bu gün Azərbaycan kubokunun finalında "Neftçi" - "Qarabağ"la qarşılaşacaq. BAKU.WS-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionununda baş tutac...

1148 İdman 10:43 25 may 2016

Son xəbərlər