Araz Abdullayev azarkeşə belə hücum etdi (FOTO)

Araz Abdullayev azarkeşə belə hücum etdi (FOTO)
İdman 2296

 

Topaz Premyer Liqasının 2-ci turunda baş tutan "İnter” – "Neftçi” (1:0) oyunundan sonra gərginlik yaşanıb. 

BAKU.WS-in "Qafqazinfo”ya istinadla verdiyi məlumata görə, "Neftçi”nin futbolçuları azarkeşlərə təşəkkür etmək üçün tribunalara yaxınlaşdığı vaxt Nurlan adlı fanat stadiona daxil olub. 

Futbolçulara hücum çəkən azarkeş onlara "şərəfiniz varsa, formanı atın gedin” deməsinə oyunçular da sərt reaksiya verib. Azarkeşə ilk hücumu paytaxt klubunun gənc futbolçus Rahil Məmmədov etsə də, daha sonra mübahisəyə Araz Abdullayev qoşulub . Hətta Abdullayev azarkeşin başından tutaraq onu vurmaq istəyib. Bu zaman isə məsələyə "neftçi”li Erik Ramos və "İnter”in üzvü Mirhüseyn Seyidov müdaxilə edib.

Ara sakitləşsə də Araz ikinci dəfə azarkeşə hücum çəkmək istəyib. Lakin onun qarşısı həm polislər, həm də baş məşqçi və klub işçiləri tərəfindən alınıb. 

Qeyd edək ki, Araz Abdullayev 2 il öncə maşını ilə qəza törətmiş və bir nəfərin ölümünə səbəb olmuşdu. 

Fotolar Olimpiya.az saytına məxsusdur.

Oxşar xəbərlər

Son xəbərlər