Prezident İlham Əliyevdən Əfran İsmayılova mesaj: "Arxada topu çox saxlama"
30
avq
2017
09:44
Prezident İlham Əliyev "Qarabağ" klubunun futbolçusu Əfran İsmayılovu tənqid edib. BAKU.WS futbol11.az-a istinadən xəbər verir ki, tədbirin rəsmi hissəsində komandaya, eləcə də Azərbaycan xalqına müraciət edən ölkə başçısı bunu böyük nailiyyət kimi qiymətləndirmişdi. Tədbirin qeyri-rəsmi hissəsində ölkə Prezidentinin futbolçu heyəti ilə səmimi dialoqu da olub. Bu dialoqlardan biri ölkə başçısı ilə son vaxtlar təzyiqlərə məruz qalan Əfran İsmayılov arasında reallaşıb. Prezident İlham Əliyevin “səni izləyirəm, yaxşı driblinqlərin və sürətin var” deyib. Ölkə başçısının “cərimə meydançasının yanında və arxada top çox saxlama” deməsi isə bütün komandanın gülüşünə səbəb olub. Əfran İsmayılov “Qarabağ” və Azərbaycan milli komandasının əsas üzvüdür. Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinə düşməklə tarixi uğura imza atan “Qarabağ” klubunu ölkə başçısı cənab İlham Əliyev qəbul etmişdi BAKU.WS
Oxşar xəbərlər
Qurban Qurbanovun prezidentlə maraqlı FOTOsu yayıldı
Xəbər verildiyi kimi Azərbaycan prezidenti İlham Əliyev Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə “Qarabağ” klubunun heyətini qəbul...