Türkiyə XİN başçısı “Qarabağ”ı təbrik edib - FOTO
25
avq
2017
20:07
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın "Qarabağ" futbol klubunu Çempionlar Liqasına çıxması münasibətilə təbrik edib.BAKU.WS xəbər verir ki, M.Çavuşoğlu "Twitter"dəki səhifəsində yazıb: "Qardaş Azərbaycanın uğuru bizi də qürurlandırdı. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq tarix yazan "Qarabağ" futbol komandasını təbrik edirik".Xatırladaq ki, "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.BAKU.WS
Oxşar xəbərlər
"Atletiko Madrid" "Qarabağ"a mesaj göndərdi (FOTO)
Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko” öz Tvitter səhifəsində Ağdam klubunu tarixi nailiyyət münasibəti ilə təbrik edib.BAKU....