Leyla Əliyeva "Qarabağ"ın tarixi uğurundan yazdı (FOTO)

Leyla Əliyeva Qarabağın tarixi uğurundan yazdı (FOTO)
Şou-biznes 4957
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva "Qarabağ" klubunu təbrik edib. BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva tarixi nəticə əldə edən təmsilçimizə uğurlar arzulayıb və bunları yazıb: "Təbriklər, "Qarabağ"! Irəli!"Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinə təmsilçimiz “Qarabağ” həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olub. Qarşılaşmadan 2:1 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığı üçün turu keçən komanda oldu. “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər