“Qarabağ" Çempionlar Liqasının qrupunda

“Qarabağ Çempionlar Liqasının qrupunda
İdman 7525
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulacaq. BAKU.WS xəbər verir ki, turnirdəki təmsilçimiz “Qarabağ” da həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağıdır. Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempionumuz qol vuracağı halda, istənilən minimalhesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcək. Bu, baş verərsə, “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşəcək. UEFA Çempionlar LiqasıPley-off mərhələsi, cavab görüşü 23 avqust 22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 0:0 (Birinci hissə) Baş hakim: Alberto Undiano Malyenko Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero Dördüncü hakim: Dieqo Barbero Sevilla Kopenhagen. “Parken” stadionu "Kopenhagen": 25. Robin Olsen 3. Pyer Benqtsson,, 6. Uilyam Kvist (k), 7. Benjamin Verbiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç, 16. Yan Qrequs, 17. Kasper Kusk, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson, 24. Yussef Tutu, 28. Pieros Sotiriou, 32. Danni Amankva "Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14 Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev ***Qarşılaşmanın 44-cü dəqiqəsində "Kopenhagen"nin 9 nömrəli oyunçusu hesabı açır - 1:0. Qarşılaşmanın birinci hissəsi bu hesabla da başa çatır.***Qarşılaşmanın ikinci 63-cü dəqiqəsində Dino Ndlovu hesabı bərabərləşdirir - 1:1.*** 65-ci dəqiqədə ev sahibləri yenidən hesabda irəli keçirlər - 2:1***Qarşılaşma 2:1 hesabı ilə başa çatdı. Bununla da "Qarabağ" UEFA Çempionlar Liqasına vəsiqə qazanır. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər