"Qarabağ" klubunda "Kopenhagen"in şikayətinə münasibət (FOTO)

Qarabağ klubunda Kopenhagenin şikayətinə münasibət (FOTO)
İdman 1306
“Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etmək “Kopenhagen”in hüququdur”.BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ” klubunun icraçı direktoru Əmrah Çelikəl Danimarka təmsilçisi “Kopenhagen”in Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyununda sonra komandanın kapitanı Maksim Medvedevlə bağlı UEFA-ya şikayət etməsinə münasibət bildirərkən deyib.Klub rəsmisinin sözlərinə görə, Medvedevin Bakıda baş tutan görüşün 20-ci dəqiqəsində rəqib futbolçu Pyer Benqtssonu top uğrunda mübarizə zamanı qəsdən vurması ilə bağlı iddia əsassızdır və UEFA-nın rəqibin şikayətini müsbət cavablandırması real görünmür: “Bu, top uğrunda mübarizə zamanı baş verən adi oyun epizodu idi. UEFA-nın futbolçumuzu cəzalandıracağına zənn etmirəm. Belə bir hal olarsa, biz də öz növbəmizdə apellyasiya verəcəyik”.Qeyd edək ki, UEFA “Kopenhagen”nin şikayəti ilə bağlı qərarını bu gün açıqlayacaq.BAKU.WS

Son xəbərlər