"Qarabağ"ın rəqibi "Kopenhagen"i yaxından tanıyaq

Qarabağın rəqibi Kopenhageni yaxından tanıyaq
İdman 2825
 

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhaqen" 12 dəfə Danimarka çempionu olub. 

BAKU.WS-in məlumatına görə, "Qarabağ" rəqibi ilə 1998/1999-cu ildə qarşılaşıb. Rəqibimizin ləqəbi "Pələnglər"dir. 

Keçmiş Kuboklar Kubokunun 1998/1999-cu il mövsümündə təsnifat mərhələsində keçirilən oyunlarda danimarkalılar sevinmişdilər:

"Qarabağ" - "Kopenhagen" - 0:4

"Kopenhagen" - "Qarabağ" - 6:0

Cari mövsüm Çempionlar Liqasına "Qarabağ" kimi II təsnifat mərhələsindən qoşulan Danimarka çempionunun ilk rəqibi "Jilina" olub. 

Çempionlar Liqası, 2017/2018

II təsnifat mərhələsi

"Jilina" - "Kopenhagen" - 1:3

"Kopenhagen" - "Jilina" - 1:2

Ümumi nəticə: 4:3

III təsnifat mərhələsi də asan keçməyib. Makedoniyanın "Vardar" klubu ilə üz-üzə gələn skandinavlar səfərdə keçirilən ilk görüşdə məğlub olublar. Cavab matçında məğlubiyyətin əvəzini çıxan "Kopenhagen" pley-off mərhələsinə adlayıb:

Çempionlar Liqası, 2017/2018

III təsnifat mərhələsi

"Vardar" - "Kopenhagen" - 1:0

"Kopenhagen" - 4:1

Ümumi nəticə: 4:2

Danimarkanın ən titullu klubu olan "Kopenhagen” 1992-ci ildə yaradılıb. 12 dəfə Danimarka Superliqasının qızıl medallarını qazanan rəqibimiz 8 dəfə ölkə kuboku və 3 dəfə də Danimarka Super kubokunun qalibi olub. Rəqibimiz avrokubokların qrup mərhələsində (4 dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqası) ən çox iştirak edən Danimarka klubudur. 2010/11-ci illər mövsümündə "Kopenhagen” Çempionlar Liqasının qrup mərhələsində üçüncü pilləni tutaraq Avroliqanın 1/16 finalına vəsiqə qazanaraq klub tarixində ən böyük uğurunu qazanıb. UEFA klubların reytinq cədvəlində rəqibimiz Skandinaviya ölkələri içərisində ən yüksək xala malikdir.

"Kopenhagen” ev oyunlarını 38 min 65 nəfərlik "Telia Parken” stadionunda keçirir. Komandanın hazırkı heyətində 7 legioner çıxış edir (4 isveçli, 2 serbiyalı, 1 norveçli, 1 kiprli, 1 sloveniyalı, 1 slovakiyalı, 1 paraqvaylı və 1 çexiyalı). Komandaya Stale Solbakken başçılıq edir. Klubun prezidenti isə Bo Riqarddır.

Bu il Çempionlar Liqasın II təsnifat mərhələsindən mübarizəyə başlayan "Kopenhagen” Slovakiyanın "Jilina"(3:1, 1:2), daha sonra isə Makedoniyanın "Vardar” (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdıraraq pley-off-a vəsiqə qazanıb.

Qeyd edək ki, "Qarabağ”ımızın "Kopenhagen”lə ilk oyunu 15-16 avqustda Bakıda, cavab qarşılaşması isə 22-23 avqustda səfərdə keçiriləcək.

İman 

BAKU.WS

Oxşar xəbərlər

"Qarabağ"ın rəqibi məlum oldu

"Qarabağ"ın rəqibi məlum oldu

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub. BAKU.WS-in məlumatına görə, turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu "Q...

2110 İdman 14:07 04 avqust 2017

Son xəbərlər