"Kopenhagen"nin "Qarabağ"ı gözləyən çılğın xanım azarkeşləri (FOTO)

Kopenhagennin Qarabağı gözləyən çılğın xanım azarkeşləri (FOTO)
İdman 4511
Bu gün "Qarabağ"ımız Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə Danimarkanın "Kopenhagen" klubunun qonağı olacaq. "Parken" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtıyla 22:45-də start götürəcək."Kopenhagen" klubu möhtəşəm azarkeş dəstəyi ilə ev oyunlarında daha yaxşı nəticələr göstərir. Xüsusilə, xanım azarkeşlər klubun doğma stadionunda keçirdiyi oyunlara maraq göstərir. Qitənin ən ali turnirində pley-offa vəsiqə qazanmaqla Azərbaycan futbolunda ilkə imza atan "Qarabağ"ımız bu gün çılğın "Kopenhagen" azarkeşləri qarşısında mübarizəyə çıxacaq. İlk oyunda 1:0 hesabıyla qalib gələn komandamız bu gün sərfəli nəticə qazanarsa, Çempionlar Liqasında qrup mərhələsinə yüksəlməklə ölkə futbolunda yeni bir səhifə açacaq.22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan)Baş hakim: Alberto Undiano Malyenko Köməkçi hakimlər: Roberto Alonso, Raul KabaneroDördüncü hakim: Dieqo Barbero Sevilla Kopenhagen. “Parken” stadionuBAKU.WS

Son xəbərlər