Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülüb.
Ağır xəsarətlər alan C. Nəzərli təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır olan yaralı bir neçə gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb, o, bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bir evdən iki meyit tapıldı
Gəncədə evdən iki nəfərin meyiti aşkarlanıb. BAKU.WS xəbər verir ki, hadisə Gəncə şəhərində qeydə alınıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb o...