Nazir: "BP şirkəti ilə yeni layihələr Azərbaycanın enerji keçidini sürətləndirəcək"
BP şirkəti ilə yeni layihələr Azərbaycanın enerji keçidini sürətləndirəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclasında bildirib.
"BP ilə əməkdaşlığımız yeni layihələr vasitəsilə inkişaf etməkdədir. "Azəri-Çıraq-Günəşli"də səmt qazı hasilatına başlanması, Şahdəniz kompressor layihəsi, Şəfəq, Asiman, Qarabağ və Əşrəfi-Dan Ulduzu-Ay Para layihələri, həmçinin Özbəkistandakı birgə fəaliyyətimiz bu tərəfdaşlığın uzunmüddətli xarakterini nümayiş etdirir. Eyni zamanda, əməkdaşlığımız "yaşıl enerji" və dekarbonizasiya sahələrini də əhatə edir. Gələn il istismara verilməsi gözlənilən "Şəfəq" Günəş Elektrik Stansiyası, Səngəçal terminalının təmiz enerji vasitəsilə dekarbonizasiyası qlobal enerji keçidi üçün bir model təqdim edir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Britaniya Azərbaycandakı layihələr üzrə ən azı 6,6 milyon dollar məbləğində riskləri öz üzərinə götürməyə hazırdır
"UK Export Finance" Azərbaycandakı layihələr üzrə ən azı 5 milyard funt sterlinq (6,623 milyon dollar) məbləğində bazar risklərini öz üzərinə götürməyə hazırdır...