Corcia Melonidən süni intellektə qarşı 4 saniyəlik HƏMLƏ

Corcia Melonidən süni intellektə qarşı 4 saniyəlik HƏMLƏ
Dünya 64

İtaliyanın Baş Naziri Corcia Meloni qeyri-adi addımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, o səsini qorumaq üçün süni intellektə qarşı unikal hüquqi addım atıb.

Bundan sonra Meloni süni intellekt texnologiyaları vasitəsilə səsinin klonlanaraq saxta məzmunlarda istifadə edilməsinin qarşısını alacaq.

O, öz səsini Avropa İttifaqının Əqli Mülkiyyət Ofisində (EUIPO) səs markası kimi qeydiyyatdan keçirmək üçün rəsmi müraciət edib.

Bu müraciətin mərkəzində isə cəmi 4 saniyəlik səs yazısı dayanır.

Meloninin EUIPO-ya təqdim etdiyi yazıda italyan dilində iki dəfə "Lo sono Giorgia Meloni" (yəni Mən Corciya Meloniyəm) dediyi bildirilir.

Oktyabrın 5-də edilən müraciət hələ də EUIPO qeydiyyatlarında araşdırma mərhələsindədir.

Müraciətin arxasında sürətlə inkişaf edən süni intellekt texnologiyalarının yaratdığı deepfake təhlükəsi dayanır.

Müasir süni intellekt alətləri qısa səs nümunələrindən istifadə edərək bir insanın səs tonuna olduqca bənzəyən yeni nitqlər yarada bilir.

Meloninin bu addımı texnoloji olaraq səsinin kopyalanmasının qarşısını birbaşa almaya bilər.

Lakin qeydiyyat təsdiq olunarsa, onun səsinin təyin olunan sahələrdə icazəsiz və ya yanıldıcı şəkildə istifadə edilməsi halında hüquqi mübarizədə əlavə təməl yaradacaq.

Associated Press agentliyinin məlumatına görə, Meloni süni intellekt tərəfindən yaradılan manipulyasiya edilən görüntülərin hədəfi olub və bu məsələdə qanuni yollara əl atıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər