Korrupsiya məlumatı verənlərin müdafiəsi ilə bağlı YENİLİK
Korrupsiya ilə bağlı hüquqpozma barədə məlumatda əldə olunmasına məhdudiyyət qoyulan peşə, kommersiya, istintaq və məhkəmə sirri, eləcə də şəxsi və ailə həyatı ilə bağlı məlumatların açıqlanması qanunazidd hesab edilməyəcək.
BAKU.WS xəbər verir ki, bu məsələ "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihə Milli Məclisin müvafiq komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, şəxsi maraqlar naminə və ya qanunsuz maddi və digər üstünlüklər əldə etmək məqsədilə bilərəkdən yalan və böhtan xarakterli məlumatların verilməsi korrupsiya barədə məlumat vermə kimi qiymətləndirilməyəcək.
Korrupsiya ilə bağlı verilən məlumat əsasında cinayət işi başlandığı halda isə məlumat verən şəxs öz razılığı ilə şahid qismində dindirilə biləcək.
Oxşar xəbərlər
Korrupsiya barədə məlumat verən şəxslərə yeni təminatlar təklif olunur
Korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən şəxs və ya onun yaxınları xəsarət alarsa və ya həlak olarsa, ailəsinə birdəfəlik müavinət ödənilməsi təklif...