Korrupsiya barədə məlumat verən şəxslərə yeni təminatlar təklif olunur
Korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən şəxs və ya onun yaxınları xəsarət alarsa və ya həlak olarsa, ailəsinə birdəfəlik müavinət ödənilməsi təklif olunur.
BAKU.WS xəbər verir ki, bu məsələ "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihə Milli Məclisin müvafiq komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, məlumat verən şəxs, onun yaxın qohumu və ya qohumu məlumat verməsi ilə əlaqədar bədən xəsarəti alarsa, 10 min manat məbləğində birdəfəlik müavinət ödəniləcək.
Şəxsin və ya onun yaxınlarının korrupsiya barədə məlumat verməsi ilə əlaqədar həlak olması halında isə ailəsinə 20 min manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
1870 tələbə əlavə müsabiqə ilə ödənişsiz təhsil hüququ qazanıb
2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən, müəyyən sayda dövlət sifarişli yerlə...