Sentyabrda 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb

Sentyabrda 110 aptekdə yoxlama aparılıb, 26-da nöqsan aşkarlanıb
Sosial 32

Azərbaycanda sentyabr ayı ərzində ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.

Bu barədə BAKU.WS-ə Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 105-i planlı, 5-i plandankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.1 ,452.2, 452.3 və 452.4 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər