Azərbaycanda elektriklə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərenerji" ASC elektrik yarımstansiyalarında mümkün nasazlıqların vaxtında aşkarlanması və avadanlıqların texniki vəziyyətinə nəzarətin gücləndirilməsi məqsədilə yeni sistemlər quracaq.
BAKU.WS-in məlumatına görə, qurum bununla bağlı ümumilikdə 4 milyon 862 min manat ehtimal olunan qiymətlə iki satınalma müsabiqəsi elan edib.
Birinci layihə 7 yarımstansiyada termal kameralar vasitəsilə nasazlıqların aşkarlanması sisteminin və termal monitorinq modulunun təchizatı, quraşdırılması və texniki dəstək xidmətlərini əhatə edir. Bu məqsədlə 2 milyon 550 min 114 manat vəsait nəzərdə tutulub.
İkinci layihə isə 8 yarımstansiyanı əhatə edir. Bunun üçün ehtimal olunan qiyməti 2 milyon 312 min 255 manat olan satınalma elan edilib.
Layihələr çərçivəsində müxtəlif texniki göstəricilərə malik termoqrafik kameraların alınması planlaşdırılır.
Qeyd edək ki, termal kameralar elektrik avadanlıqlarında yaranan normadan artıq qızmanı və temperatur dəyişikliklərini aşkar etməyə imkan verir. Bu texnologiyanın tətbiqi potensial nasazlıqların qəza baş verməzdən əvvəl müəyyənləşdirilməsinə, enerji təchizatında fasilələrin və avadanlıqların sıradan çıxması riskinin azaldılmasına şərait yaradacaq.
Oxşar xəbərlər
Bakının bu qəsəbələrində yollar TƏMİR EDİLƏCƏK
Bakının Qaradağ rayonunda bir neçə qəsəbə və küçədə avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, layihə Qaradağ Rayon İcra Ha...