GECO: "Yaşıl Enerji Dəhlizi" üzrə nazirlər noyabrın sonunda görüşəcək
"Yaşıl Enerji Dəhlizi" üzrə nazirlər noyabrın sonunda görüşəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Green Energy Corridor Power Company" (GECO) şirkətinin nümayəndəsi Yusif Qayıbov Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında saziş var:
"Həmçinin, 2024-cü ildən fəaliyyət göstərən "Yaşıl Enerji Dəhlizi" birgə müəssisəsi (JCO) mövcuddur. Bu layihəni reallaşdırmaq üçün JCO-nun öz komandası, büdcəsi və ehtiyac duyulan bütün resursları var. Başqa amil idarəetmə və öhdəliklərdir. Son dörd ildə nazirlərimiz və əlaqədar qurumların rəhbərləri 12 dəfə görüşüblər. Növbəti nazirlər görüşünün isə noyabr ayının sonunda keçirilməsi nəzərdə tutulub. Bu, qərar qəbul edən şəxslərdən yüksək səviyyəli dəstək almağa imkan yaradır. Görüşlər zamanı çətinliklər və məsələlər müzakirə olunur, problemlərin həlli ilə bağlı qərarlar qəbul edilir, konkret həll yolları müəyyənləşdirilir. Bu, çoxsaylı maraqlı tərəfləri və ölkələri əhatə edən mürəkkəb layihədir".
"Digər mühüm amil isə layihənin əvvəllər elektrik enerjisi baxımından bir-biri ilə birbaşa əlaqələndirilməmiş dörd ölkəni birləşdirməsidir. Bütün bunlar layihənin reallaşdırılmasına əlavə stimul verən amillərdir. Bununla yanaşı, layihənin həyata keçirilməsi üçün müxtəlif maraqlı tərəflərin, o cümlədən bankların, şirkətlərin, beynəlxalq maliyyə institutlarının (IFI) və özəl sektorun dəstəyinə ehtiyacımız var. Beləliklə, risklərin bölüşdürülməsi mümkündür. Yəni, bu mühüm layihənin reallaşdırılması üçün hər bir tərəf müəyyən məsuliyyəti öz üzərinə götürə bilər", - deyə Y.Qayılov əlavə edib.
Oxşar xəbərlər
Əhaliyə XƏBƏRDARLIQ! - Son 1 ayın ən güclü...
Günəşdə gücü M sinfinə aid olan güclü partlayış baş verib. BAKU.WS xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutunun məlumatına görə,...