İsa Həbibbəyli: Sərdar Berdiməhəmmədovun kitabı Türkmənistanın "pasportu"dur
Yeniliklərdən dərhal xəbərdar olun
"Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabı Azərbaycan-Türkmənistan əlaqələrinin inkişafına əhəmiyyətli töhfədir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezdenti İsa Həbibbəyli Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda Azərbaycan dilində nəşr olunmuş "Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabının təqdimatında deyib.
O qeyd edib ki, müəllif kitabda neytrallığın türkmən xalqının tarixi təcrübəsindən gələn, milli ənənələrindən doğan, müstəqillik dövründə dövlət siyasətinə çevrilən hadisə kimi təqdim edilir:
"Türkmənistan ərazisindəki qədim türk abidələri, xalqın özünəməxsus milli xüsusiyyətlər, mədəniyyəti, ailə-məişəti və s. məsələlər dövlət başçısı səviyyəsində ictimaiyyətə təqdim olunur. Bu kitab türkmən xalqının tarixi ənənələri və müasir simasını aydın görmək üçün əhəmiyyətli mənbədir. "Türkmənistanın neytrallığı - sülhün və etimadın parlaq yolu" kitabını Türkmənistanın müasir dövrdəki "pasport"u kimi qiymətləndirirəm. Araşdırmaçılar bu kitabda bütün istiqamətlərdə təqdiqat üçün əhəmiyyətli fikirlər tapa bilərlər".
Oxşar xəbərlər
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
Azərbaycanda qızılca və suçiçəyinə yoluxma ilə bağlı son vəziyyət açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliy...