ABŞ ordusunda 80 ildən sonra ilk dəfə güllələnmə ilə edam həyata keçirilə bilər
ABŞ Prezidenti Donald Tramp 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfəri öldürən sabiq mayor Nidal Həsənin güllələnmə yolu ilə edam edilməsini təsdiqləyib.
BAKU.WS xəbər verir ki, qərar ABŞ müdafiə naziri Pit Heqsetin tövsiyəsindən sonra qəbul edilib. Edamın vaxtı və yeri ABŞ Ordusunun katibi tərəfindən müəyyənləşdiriləcək.
Nidal Həsən 2009-cu ildə Texasdakı Fort Hud bazasında törətdiyi hücum nəticəsində 13 nəfərin ölümünə, 32 nəfərin yaralanmasına səbəb olub. O, 2013-cü ildə hərbi məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
Həsənin edamı həyata keçirilərsə, bu, ABŞ ordusunda 1961-ci ildən bəri ilk edam olacaq. Güllələnmə üsulu ilə isə sonuncu hərbi edam 1945-ci ildə, sıravi Eddi Slovikin İkinci Dünya müharibəsi zamanı fərarilik ittihamı ilə güllələnməsi olub.
Oxşar xəbərlər
Keçmiş aparıcı 80 yaşlı anasını öldürdü - Ömürlük həbs edildi
ABŞ-li aparıcı Ancelinn Mok anasını qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib. BAKU.WS xəbər verir ki, bu barədə "12news" məlumat yayıb. Vurğu...