Sabah metronun bu stansiyaları gecə saat 01:00-dək açıq olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçı ilə əlaqədar Bakı metropoliteninin Qırmızı xəttində (M1) dəyişdirilmiş iş rejimi tətbiq olunacaq.
BAKU.WS xəbər verir ki, qırmızı xəttin (M1) bütün stansiyaları saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Stansiyalara əlavə işçi qüvvəsi cəlb olunmaqla nəzarət gücləndiriləcək.
Qarşılaşmadan sonra qatarların hərəkəti "Koroğlu" stansiyasındakı sərnişin axınına uyğun tənzimlənəcək. Gün ərzində qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək.
Yaşıl (M2) və Bənövşəyi (M3) xətlərdə iş rejimi dəyişdirilməyəcək.
Oxşar xəbərlər
Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?"
"Rüşvət alan məmurla yanaşı, ona rüşvət təklif edən tərəfi də qınamalıyıq". BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məcli...