Bakıya qayıdan "Qarabağ" səhər saat 5-də izdihamla qarşılandı (VİDEO)

Bakıya qayıdan Qarabağ səhər saat 5-də izdihamla qarşılandı (VİDEO)
Video
İdman 2813
 

Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn Ağdamın "Qarabağ” futbol komandası Moldovadan vətənə qayıdıb.

BAKU.WS APA TV-yə istinadən xəbər verir ki, komandanı gətirən təyyarə saat 5.00-da Bakıya enib.

"Qarabağ”ın futbolçularını hava limanında azarkeşlər qarşılayıb.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ” ötən gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Moldovada bu ölkənin ən titullu klubu "Şerif”in qonağı olub. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə 1:2 hesablı qələbəyə sevinib. Tiraspolda uğur qazanmaqla "Qarabağ” "play-off” mərhələsinə vəsiqəni təmin edib. "Qarabağ” qitənin ən nüfuzlu klub turnirində "play-off” mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub.

BAKU.WS 

Oxşar xəbərlər

Qurban Qurbanov "Qarabağ"ın tarixi qələbəsindən danışdı (VİDEO)

Qurban Qurbanov "Qarabağ"ın tarixi qələbəsindən danışdı (VİDEO)

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şerif” üzərində qazandığı...

1276 İdman 09:29 02 avqust 2017

Son xəbərlər