Qurban Qurbanov: Bizi çətin və maraqlı mübarizə gözləyir
Avqustun 1-də "Şerif” komandası ilə keçiriləcək oyunda şansları bərabər sayıram. Hər iki komanda üçün bu qarşılaşma böyük fürsətdir. Çünki mərhələ keçəcək komanda ən az UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edir. Ona görə də sabah bizi çətin və maraqlı mübarizə gözləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında Moldovanın "Şerif” klubunun qonağı olacaq Ağdamın "Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov bildirib.
Komandamızın baş məşqçi deyib: "Rəqibimiz olduqca təhlükəlidir, bir neçə oyun üslublarından istifadə edir. "Şerif”i olduqca yüksək qiymətləndirirəm. Penaltilər seriyasına xüsusi hazırlaşmamışıq. Düzdür, penaltilər futbolun bir hissəsidir. Bu oyun da penaltilər seriyasınadək uzana bilər. Ancaq əsasən futbolçuları psixoloji cəhətdən ilk dəqiqələrdən oyuna köklənməyə çalışmışıq”.
Xatırladaq ki, avqustun 1-də "Şerif” stadionunda baş tutacaq qarşılaşma saat 21:00-da başlanacaq. Bu komandalar arasında Bakıdakı ilk görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
Qeyd edək ki, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Sherif”lə cavab oyunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. 45 yaşlı mütəxəssis məşqçi kimi yetmişinci Avrokubok görüşünə çıxacaq.
BAKU.WS
Oxşar xəbərlər
"Şerif" - "Qarabağ" oyunu canlı yayımlanmayacaq
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək "Şerif” – "Qarabağ” matçının canlı yayımlanmaq ehtimalı çox azdı. BAKU.WS Apasp...