Qurban Qurbanov "Qarabağ"ın tarixi qələbəsindən danışdı (VİDEO)

Qurban Qurbanov Qarabağın tarixi qələbəsindən danışdı (VİDEO)
Video
İdman 1276
 

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Şerif” üzərində qazandığı 2:1 hesablı qələbəni şərh edib.

BAKU.WS klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis oyunun çətin keçəcəyini gözlədiklərini bildirib:

"Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu oldu.

Tuncay

BAKU.WS

Son xəbərlər