"Qarabağ"ın futbolçuları oyundan sonra belə sevindi (VİDEO)

Qarabağın futbolçuları oyundan sonra belə sevindi (VİDEO)
Video
İdman 7250
UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşən "Qarabağ"ın futbolçuları tarixi uğuru qeyd edib. BAKU.WS-in məlumatına görə, futbolçularımız soyunub-geyinmə otağında tarixi uğuru bayram edib. Qara Qarayevin öz şəxsi hesabından paylaşdığı videonu minlərlə insan izləyib. Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinə təmsilçimiz “Qarabağ” həlledici qarşılaşmaya çıxıb. Qurban Qurbanovun komandası səfərdə “Kopenhagen”in qonağı olub. Qarşılaşmadan 2:1 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığı üçün turu keçən komanda oldu. “Qarabağ” növbəti dəfə tarix yazmaqla Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb. BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər