İlham Əliyev Azərbaycan - ABŞ münasibətlərindən yazdı

İlham Əliyev Azərbaycan - ABŞ münasibətlərindən yazdı
Siyasət 735
 

Prezident İlham Əliyevə məxsus "Twitter” hesabından (@azpresident) ABŞ-Azərbaycan münasibətlərinə dair qısa mesajlar paylaşılıb.

BAKU.WS-in Musavat.com-a istinadən verdiyi məlumata görə, prezident qeyd edib ki, ABŞ-Azərbaycan əlaqələri həmişə sıx, səmimi olub və hazırda strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib: "Azərbaycan və ABŞ regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşdırlar”.

Ölkə başçısı "ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə yatırması ölkələr arasında iqtisadi əməkdaşlığın yaxşı göstəricisidir", - deyə qeyd edib.

Dövlət başçısı onu da vurğulayıb ki, "Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və bütün iştirakçı tərəflərə fayda verən layihədir.

Sonda Prezident İlham Əliyev "Ermənistanla Azərbaycan arasında münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri, ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır", - deyə vurğulayıb.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev "Azərbaycan sürətlə inkişaf edir”

İlham Əliyev "Azərbaycan sürətlə inkişaf edir”

"BMT Təhlükəsizlik Şurası işğalçıların torpaqlarımızdan çıxması üçün 4 qətnamə qəbul edib. Münaqişə hələ ki həllini tapmayıb”. BAKU.WS-in məlumatına görə, Azə...

906 Siyasət 20:03 29 fevral 2016

Son xəbərlər