Azərbaycan millisinin futbolçusu Almaniya klubu ilə 2021-ci ilədək müqavilə bağlayıb
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniyanın "Aue" klubu ilə müqaviləsinin müddətini vaxtından əvvəl uzadıb.
"Report”un "Kicker.de"yə istinadən verdiyi məlumata görə, 27 yaşlı hücumçunun yeni anlaşması 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub. Mövcud sövdələşmə isə 2018-ci ilin yayınadək idi.
Rəsmi müqaviləyə qol çəkən Nazarov təəssüratlarını bölüşüb: "Çox yaxşı müzakirələr getdi və tezliklə ortaq məxrəcə gəldik. Bu, daha çox "Aue”də qalmaq istəyimlə bağlı idi”.
Qeyd edək ki, Dmitri Nazarov ötən mövsüm "Ertsebirge Aue"nin heyətində 9 qol vurub və 5 məhsuldar ötürmə verib. O, 2016-cı ilin yayından bu komandada çıxış edir. Yığma üzvü hazırda barmağından zədəli olduğu üçün məşqlərdən kənar qalıb. Nazarov 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində yeganə qolunu martın 26-da Bakıda Almaniyanın qapısından keçirib - 1:3.
BAKU.WS
Oxşar xəbərlər
"Neftçi” Elnur Cəfərovla müqavilə imzalayıb
"Neftçi” klubu Azərbaycan milli komandasının futbolçusu Elnur Cəfərovu heyətinə qatıb. BAKU.WS klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı yarımmüdafiəç...