Azərbaycan millisinin futbolçusu qol vurdu, "Bavariya" məğlub oldu (VİDEO)
Almaniya II Bundesliqasında çıxış edən "Karlsruhe" klubu "Bavariya" ilə hazırlıq matçı oynayıb.
BAKU.WS-in məlumatına görə, qarşılaşmaya yaxşı başlayan II divizion klubu 16-cı dəqiqədə hesabı açıb. "Karlsruhe"in futbolçusu Boubakar Barrin möhtəşəm qoluyla komandasını hesabda 1-0 önə keçirib. Bu qoldan heç beş dəqiqə keçməmiş "Bavariya" Vidalla bərabərlik qolunu vurub.
Oyunun birinci hissəsi elə bu hesabla başa çatıb. Oyunda növbəti qol matçın 73-cü dəqiqəsinə təsadüf edib. "Karlsruhe"nin şərəfini qoruyan Azərbaycan millisinin futbolçusu Dmitri Nazaraov 73-cü dəqiqədə penaltini qola çevirib.
Azərbaycanlı futbolçunun bu qolu oyunda yekun hesabı müəyyən edib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
"Barselona"dan darmadağın: Arda pas atdı, Messi vurdu (VİDEO)
İspaniya La Liqasının 18-ci həftəsində "Barselona" klubu "Qranada"nı 4-0 hesabı ilə məğlub edib. BAKU.WS-in məlumatına görə, matça ilk 11-də başlayan türk fut...