AFFA Renat Dadaşova 1 milyon dollar vəd edib
Almaniyanın məşhur "Bild" nəşri Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı şok məlumat dərc edib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, gənc hücumçu Azərbaycan yığmasını pula görə seçib.
Belə ki, Renatın yığmamızı seçməsini qəribə hadisə kimi təqdim edən müəllif bunun müqabilində futbolçunun 1 milyon dollar qazandığını iddia edib: "Təəssüf ki, "Ayntraxt"ın istedadlı futbolçusu Almaniya yığmasını seçmədi. Böyük perspektiv vəd edən Dadaşov DÇ-2018-in seçmə mərhələsində Almaniyaya qarşı meydana çıxacaq. Halbuki o, Almaniyanın U-17 millisində keçirdiyi 15 oyunda 13 qol vurmuşdu. Dadaşov Azərbaycan yığmasına üstünlük verdiyi üçün 1 milyon dollar qazanacaq və eyni zamanda ona ev veriləcək. "Leyptsiq"də olarkən aylıq məvacibi 2500 avro olan futbolçu məhz pula görə Azərbaycan millisinin təklifini qəbul etdi".
Qeyd edək ki, Renat Dadaşov sabah keçiriləcək Azərbaycan - Almaniya matçında millimizin heyətində debüt edə bilər.
BAKU.WS
Oxşar xəbərlər
Rövnəq Abdullayev: "Almaniyaya uduzmaq da şərəfdi"
Almaniyaya uduzmaq da şərəfdi. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib. Qurum baş...