Azərbaycanlı futbolçu bu qolu ilə Almaniya yığmasını yarımfinala çıxardı (FOTO, VİDEO)
Bakıda təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir yarımfinalçısı müəyyənləşib.
BAKU.WS xəbər verir ki, mayın 14-də "Dalğa Arena”da dörddəbir final mərhələsi çərçivəsində Almaniya və Belçika yığmaları üz-üzə gəlib. İslandiyalı baş hakim Gunnar Jarl Yonssonun idarə etdiyi görüşün 46-cı dəqiqəsində Almaniya yığmasının üzvü Renat Dadaşov hesabı açıb.
Görüşün sonunadək hesab dəyişməyib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Almaniya yığması yarımfinala yüksəlib. Almaniya millisi bu mərhələdə İspaniya-İngiltərə cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, digər dörddəbir final görüşündə Portuqaliya millisi Avstriya yığmasını 5:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Mayın 15-də keçiriləcək digər dörddəbir final oyunlarında İspaniya millisi İngiltərə, İsveç yığması isə Hollandiya ilə üz-üzə gələcək.
BAKU.WS
Oxşar xəbərlər
Səmra 4-cü çıxacaq
Mayın 14-də Stokholmun "Globe” arenasında "Eurovision-2016” mahnı müsabiqəsinin final şousu baş tutacaq. BAKU.WS APA-ya istinadən xəbər verir ki, ötən gün müsa...