"Qəbələ" növbəti mərhələyə yüksəlib
24
okt
2018
18:55
"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasının I mərhələsində cavab oyununa çıxıb.Emin İmaməliyevin baş məşqçilik etdiyi kollektiv Moldovada "Şerif”lə üz-üzə gəlib. Tiraspolda təşkil olunan qarşılaşma "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Doğma meydandakı görüşdə rəqibi ilə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar" bu nəticədən sonra növbəti mərhələyə yüksəlib."Qəbələ"nin heyətində Samir Qurbanov 43 və 62-ci dəqiqələrdə fərqlənib. 63-cü dəqiqədə isə meydan sahiblərinin futbolçusu Vadim Dijinari avtoqol müəllifi olub. "Şerif"in yeganə qoluna isə 53-cü dəqiqədə Vsevolod Nihayev imza atıb.Qeyd edək ki, "Qəbələ" II mərhələdə "Lex” (Polşa) - "Herta” (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.BAKU.WS
Oxşar xəbərlər
"Zirə" Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.Turun ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib. “Dalğa Arena”da baş tutan qarşılaşma “Zirə”nin...