"Zirə" Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb

Zirə Azərbaycan Premyer Liqasında ilk qələbəsini qazanıb
İdman 779
Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.Turun ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib. “Dalğa Arena”da baş tutan qarşılaşma “Zirə”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 85-ci dəqiqədə Miloş Radivoyeviç vurub.Çempionatda ilk qələbəsini qazanan qəsəbə təmsilçisi 4 xalla 7-ci pilləyə yüksəlib. “Qəbələ” isə 5 xalla 6-cı yerdədir.Qeyd edək ki, turun digər matçında “Səbail” “Sumqayıt”la üz-üzə gəlir. “Neftçi” - “Sabah” görüşü isə 20:15-də başlayacaq.BAKU.WS

Oxşar xəbərlər

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Sentyabrın 29-da futbol üzrə Topaz Azərbaycan Premyer Liqasının VI turuna start veriləcək.BAKU.WS bildirir ki, tur iki günü əhatə edəcək. "Bakcell Areana"dakı a...

906 İdman 16:20 29 sentyabr 2018

Son xəbərlər