"Neftçi" "Keşlə"ni məğlub edib
09
mar
2018
22:30
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün digər qarşılaşmasında "Neftçi" "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Flaqman oyunboyu iki dəfə irəli çıxsa da, qonaqlar bərabərlik qolunu vurmağa müvəffəq olublar. Lakin 90-cı dəqiqədə kapitan Ruslan Abışov yekun nöqtəni qoyaraq "Neftçi"yə vacib qələbə qazandırıb.Bununla da xallarını 26-ya çatdıran "ağ-qaralar" 4-cü pillədə qalıblar. "Keşlə" isə 15 xalla 7-cidir.Azərbaycan Premyer Liqası, XIX tur9 mart (cümə)18:00. "Neftçi” – "Keşlə” - 3:2Qol: Namiq Ələsgərov, 14. İqnasio Errera, 48. Ruslan Abışov, 90 - Adrian Skarlatake, 16. Pərdis Fərcad-Azad, 57Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar AğayevAFFA nümayəndəsi: Vaqif DavudovHakim-inspektor: Məlik Həsənov"Bakcell Arena”.Qeyd edək ki, tura martın 10-da "Səbail” – "Sumqayıt” və "Qarabağ” – "Zirə” görüşləri ilə yekun vurulacaq.BAKU.WS
Oxşar xəbərlər
Qurban Qurbanov millinin heyətini açıqladı (SİYAHI)
Qurban Qurbanov millinin heyətini açıqlayıb. BAKU.WS-in məlumatına görə, yanvarın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı, hazırlıq pros...