"Qarabağ"ın oyunu təxirə salındı
05
sen
2017
21:46
“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.BAKU.WS PFL-ə istinadən məlumat verir ki, klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, klub IV turun “Kəpəz” - “İnter” görüşünun “İnter” - “Kəpəz” matçı kimi qeydə alınmasını xahiş edib.Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası Premyer Liqanın IV turunun “Kəpəz” - “İnter” matçının sentyabrın 9-da “İnter Arena”da keçirilməsi barədə qərar qəbul edib. IV turda meydan sahibi “İnter” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilib.“Qarabağ” klubu da Peşəkar Futbol Liqasına müraciət edib. Ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən “Qarabağ” ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın IV turunda keçiriləcək “Səbail” ilə matçının başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL Premyer Liqanın IV turunun “Səbail” – “Qarabağ” matçının 08.09.2017-ci il tarixdən 08.12.2017-ci il tarixə keçirilməsi haqqında qərar qəbul edib.Beləliklə, turun görüşləri iki günü əhatə edəcək:9 sentyabr“İnter” – “Kəpəz”“İnter Arena”, 17:00“Qəbələ” – “Zirə”Qəbələ şəhər stadionu, 20:3010 sentyabr“Sumqayıt” – “Neftçi”“Kapital Bank Arena”, 19:00BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" klubu cərimələndi (RƏSMİ)
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.BAKU.WS-in məlumatına görə, iclasda Premyer Liqanın III turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olun...