Qobustanda mikroavtobus aşıb, bir nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun idarə etdiyi "Mersedes Vito" markalı mikroavtobusla hərəkətdə olarkən sürücü idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.
Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Məmmədova Şərqiyə Mənəf qızı, xəsarət alan isə 1956-cı il təvəllüdlü Məmmədova Şəfiqə Əli qızıdır.
Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır.
Qalereya
Oxşar xəbərlər
Bakıda yağış fəsadlar törədib - Bəzi yolları su basıb
Bakıya yağan güclü yağış bir sıra fəsadlar törədib. BAKU.WS xəbər verir ki, bəzi ərazilərdə küçələri su basıb. Subasma nəticəsində küçələrdə avtomobillərin hərə...