Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var
06
noy
2026
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.
Qəsəbədəki 337 saylı orta məktəbin qarşısında 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıdakı "Opel" markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən "Opel" də yoldan çıxaraq yol kənarında olan piyadanı vurub. Avtobusda da xəsarət alanların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib. BAKU.WS xəbər verir ki, bu barədə report-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib...