Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Kaxeti bölgəsinin Saqarexo bələdiyyəsinin azərbaycanlıların yaşadığı Ləmbəli kəndində iki qardaş qətli ilə bağlı bir nəfər həbs edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Kaxeti Polis Departamentinin və Daxili İşlər Nazirliyinin patrul polisinin əməkdaşları ağırlaşdırıcı hallarda iki nəfərin qəsdən öldürülməsi ittihamı ilə bir nəfəri həbs ediblər.
Bildirilir ki, noyabrın 5-də təqsirləndirilən şəxs iki nəfəri uzun müddət davam edən münaqişə səbəbindən güllələyib və hadisə yerindən qaçıb.
Polis cinayətdə istifadə edilən silahı maddi sübut kimi müsadirə edib.
"İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi üzrə aparılır ki, buna əsasən, 20 ilə qədər azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur", - deyə ittiham aktında qeyd olunub.
Üç qardaşdan sağ qalan yeganə şəxs Elman Usapov hadisə barədə danışıb:
"Biz dörd nəfər idik - üç qardaş və bir qonşu. Birdən maşın dayandı və atəş açmağa başladı. Onlar dəfələrlə atəş açdılar. Əvvəllər heç vaxt belə bir şey olmamışdı, aramızda heç bir münaqişə yox idi. Qardaşlarım yerindəcə həlak oldular".
Oxşar xəbərlər
Qobustanda göbələkdən zəhərlənənlərin son durumu
Qobustan rayonunda göbələkdən zəhərlənən şəxslərin son durumu açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələr...