Azərbaycanda 2000 manatlıq limon
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. "Qarabağ" futbol klubunun azarkeşlərinin "Xəzər Lənkəran" klubu ilə matçda meydana limon atmaları kluba baha başa gəlib.
BAKU.WS-in məlumatına görə, toplantıda 6 fevral 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XX turunun "Qarabağ” – "Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 2-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Qeyd edək ki, azarkeşlər meydana limon atıblar.
BAKU.WS
Oxşar xəbərlər
"Xəzər Lənkəran"ın sabiq məşqçisi "Qalatasaray"a keçir
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Hamza Hamzaoğlu istefa verdikdən sonra klub yeni məşqçi axtarışına başlayıb. BAKU.WS-in məlumatına görə, qısa z...