"Qarabağ" Avropa Liqası matçının biletlərini bahalaşdırdı (QİYMƏTLƏR)

Qarabağ Avropa Liqası matçının biletlərini bahalaşdırdı (QİYMƏTLƏR)
İdman 1464

"Qarabağ" - "Anderlext" qarşılaşmasının biletləri satışa çıxır.

BAKU.WS-in məlumatına görə, Avropa Liqasının qrup məhələsinin II turu çərçivəsində Belçika nəhəngini qəbul edəcək komandamız doğma divarlar arasında ilk oyununa çıxır.

Biletlər oktyabrın 28-i səhər saat 10:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarında satışa çıxarılır.

Biletlər nömrəli sektorlar üzrə 2,3,5, 8,10, 15 və 20 AZN, VİP 50 AZN-dir.

"Qarabağ" Futbol Klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə kassalardan məhz göstərilmiş qiymətlərlə alasınız. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır. 

Qeyd edək ki, "Qarabağ" - "Anderlext" matçının biletləri əvvəlki oyunlar üçün satışa çıxarılan bilet qiymətlərindən təxminən 2 dəfə baha satışa çıxarılıb. 

ŞAHİN Həbibov

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Qarabağ" Avroliqanın qrupunda

"Qarabağ" Avroliqanın qrupunda

Ağdamın "Qarabağ” klubu ardıcıl ikinci dəfə Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək. BAKU.WS-in məlumatına görə, komandamız səfərdə 1:0 h...

1182 İdman 00:02 28 avqust 2015

Son xəbərlər