"Anderlext” futbolçuları Dənizkənarı parkda (VİDEO)
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la matç üçün Bakıya gəlmiş Belçikanın "Anderlext” klubunun üzvləri Bakını gəzib.
BAKU.WS-in məlumatına görə, qonaq klubun futbolçuları Dənizkənarı parkda gəzintiyə çıxıblar. Futbolçular Bakının görməli yerlərinə baş çəkiblər və maraqlı gün keçiriblər.
Xəzər dənizini seyr edən futbolçular çoxlu şəkil çəkdiriblər.
Qeyd edək ki, dünən Azərbaycan təmsilçisi "Qarabağ" Belçikanın "Anderlext” klubu ilə qarşılaşıb. Matçın yeganə qolu qarşılaşmanın 36-cı dəqiqəsində Riçard Almeydadan gəlib. Bu nəticə ilə aktivinə 3 xal yazdıran təmsilçimiz öz qrupunda ikinci pilləyə yüksəlib.
Oxşar xəbərlər
"Qarabağ"dan qələbə, "Qəbələ" büdrədi (FOTO, VİDEO)
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. BAKU.WS-in məlumatına görə, Azərbaycan təmilçisi "Qarabağ” doğma meydanda Belçikanı...