Bayram günlərində metro fərqli işləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində "Bakı Metropliteni" QSC-nin iş rejimi dəyişdiriləcək.
BAKU.WS xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək: "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; "İçərişəhər-Həzi Aslanov" və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə - 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
"Bənövşəyi" xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, "Yaşıl" xətdə isə mövcud qrafik saxlanılacaq.
Oxşar xəbərlər
Bakıda yağışdan sonra bəzi küçələr gölməçəyə dönüb
Bakıda müşahidə olunan intensiv yağıntılı hava şəraiti ciddi çətinliklər yaradıb. BAKU.WS xəbər verir ki, xüsusilə Nərimanov, Nizami və Suraxanı rayonlarında,...