Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub
02
apr
2018
23:02
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.BAKU.WS "Report"a istinadən xəbər verir ki, həftənin, eyni zamanda III dövrənin son matçı "Neftçi" və "Səbail" komandaları arasında olub."Bakcell Arena"da baş tutan görüş "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Meydan sahiblərinin heyətində İqnasio Herrera dubl edib. Çilili futbolçu 49 və 87-ci dəqiqələrdə fərqlənib.Bu nəticədən sonra komandaların turnir cədvəlindəki mövqeyində dəyişiklik baş verməyib. "Neftçi" 30 xalla 5-ci, "Səbail" isə 18 xalla 6-cı sıradadır.XXI turun digər 3 oyununda heç-heçə qeydə alınıb. "Kəpəz" - "Zirə" (0:0), "Qarabağ" - "Keşlə" (1:1) və "Qəbələ" - "Sumqayıt" (1:1) qarşılaşmalarında qalib müəyyənləşməyib.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ" "Neftçi" ilə sülh bağladı
Futbol üzrə Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində daha bir matç keçirilib.BAKU.WS-in məlumatına görə, "Bakcell Arena"da "Neftçi" və "Qarabağ" komand...