Müğənni göz yaşları içində qızını son mənzilə yola saldı
Müğənni Atilla Taşın qızı dəfn edilib.
BAKU.WS xəbər verir ki, Mersində binanın 14-cü mərtəbəsindən düşərək həyatını itirən 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb.
Mərasimdə atası Atilla Taş, anası İlkay Sarıköse, yaxınları, eləcə də musiqiçilər və yerli sakinlər iştirak ediblər.
Göz yaşlarını saxlaya bilməyən Atilla Taş qohumları tərəfindən sakitləşdirilib.
Qeyd edək ki, hadisə ötən gün səhər saatlarında Erdemli rayonunun Çeşmeli məhəlləsində tətil kompleksindəki binalardan birində baş verib.
Müğənni Atilla Taşın qızı Sezen Taş 14-cü mərtəbədən yıxılıb.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 2 övlad anası Sezen Taş hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Nazir Roza Zərgərlini qəbul etdi
Mədəniyyət naziri Adil Kərimli müğənni Roza Zərgərlini qəbul edib. BAKU.WS xəbər verir ki, ifaçı bu barədə instaqramda bildirib. "Azərbaycan Respublikasının Mə...