Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start veriləcək
İdman 906
Sentyabrın 29-da futbol üzrə Topaz Azərbaycan Premyer Liqasının VI turuna start veriləcək.BAKU.WS bildirir ki, tur iki günü əhatə edəcək. "Bakcell Areana"dakı açılış matçında "Neftçi" "Səbail"i qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 18:55-də başlayacaq."Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah" klubu ilə qarşılaşacq. Bu görüş saat 20:50-də başlayacaq. Oyunun baş hakimi Rəhim Həsənov olacaq.Turun digər iki matçı isə sentyabrın 30-da keçiriləcək. "Qəbələ" doğma meydanda "Keşlə" ilə münasibətlərə aydınlıq gətirəcək.Altıncı tura "Bayıl Arena"da keçiriləcək "Sumqayıt" - "Zirə" matçı ilə yekun vurulacaq.Qeyd edək ki, beş turdan sonra turnir cədvəlinə hərəyə 13 xalı olan “Neftçi” və "Qarabağ" klubları başçılıq edir. Aktivində 10 xalı olan debütant “Sabah” klubu üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq “Sumqayıt” (7), “Səbail” (5), “Qəbələ” (4), “Zirə” (2) və “Keşlə” (1) qərarlaşıblar.BAKU.WS

Oxşar xəbərlər

“Qarabağ”dan çətin qələbə

“Qarabağ”dan çətin qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib.Millətlər Liqası ilə əlaqədar ölkə çempionatında yaranmış fasilədən sonra keçirilən açılış matçın...

1220 İdman 22:38 14 sentyabr 2018

Son xəbərlər