"Qarabağ" Azərbaycan Kubokunda mübarizəni dayandırıb

Qarabağ Azərbaycan Kubokunda mübarizəni dayandırıb
İdman 1477
Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1/4 final mərhələsini "Keşlə" və "Neftçi"dən başqa "Qəbələ" və "Sumqayıt" da dəf edib."Qəbələ" evdə 1:0 hesabı ilə yendiyi "Səbail" üzərində səfərdə inamlı qələbə qazanıb - 4:2. "Sumqayıt" isə sensasiyaya imza ataraq, "Qarabağ"ı mübarizədən kənarlaşdırıb. "Gənclik şəhəri" təmsilçisi buna 1/4 final mərhələsinin cavab görüşündə baş məşqçi Samir Abasov və əsas qapıçı Fərhad Vəliyevin yoxluğunda nail olub. Abasov hazırda İspaniya "Atletiko"sunun düşərgəsində olduğundan, Vəliyev isə 1:2 hesabı ilə uduzduqları ilk görüşdə qırmızı vərəqə aldığından, oyunda iştirak etməyib.Cavab görüşünün taleyini isə 2 qol həll edib. 22-ci dəqiqədə "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçakın səhvindən yararlanan Kamal Mirzəyev yaxın məsafədən dəqiq zərbə endirib. 90-cı dəqiqədə isə Amil Yunanov qapıçı ilə təkbətəkdən fərqlənib.Beləliklə, "Sumqayıt" iki oyunun yekununda 3:2 hesablı qələbə sayəsində yarımfinala yüksəlib. Növbəti mərhələdə bu komandanın rəqibi "Keşlə" olacaq. Digər yarımfinal matçında isə "Qəbələ" ilə "Neftçi" komandaları üz-üzə gələcək. Oyunlar 2018-ci il aprelin 11-də və 18-də keçiriləcək.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Neftçi" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb

"Neftçi" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb

Futbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı müəyyənləşib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Keşlə"nin ardından "Neftçi" 1/4 finaldakı rəqib...

836 İdman 22:29 14 dekabr 2017

Son xəbərlər