"Qarabağ" - "Atletiko" oyununun ən yaxşı futbolçusunun adı açıqlandı (VİDEO)

Qarabağ - Atletiko oyununun ən yaxşı futbolçusunun adı açıqlandı (VİDEO)
Video
İdman 1743
UEFA "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb. BAKU.WS-in məlumatına görə, UEFA-nın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində keçirilən "Atletiko” - "Qarabağ” oyununun ən yaxşı futbolçusu "Qarabağ"ın yarımmüdafiəçisi Miçeldir. Madriddəki "Metropolitano" stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 40-cı dəqiqədə "Qarabağ"ın yarımmüdafiəçisi Miçel açıb. O, künc zərbəsindən sonra topu başla rəqib qapısına göndərib. İkinci hissədə "Atletiko" bərabərlik qolunu vurmağa müvəffəq olub. Tomas Partey 56-cı dəqiqədə uzaq məsafədən dəqiq zərbə endirib. BAKU.WS

Oxşar xəbərlər

Qurban Qurbanov: Ağır oyun oldu

Qurban Qurbanov: Ağır oyun oldu

"Qarabağ"ın UEFA Çempionlar Liqası çərçivəsində "Atletiko"yla səfər heç-heçəsindən sonra Qurban Qurbanov açıqlama verib. BAKU.WS-in məlumatına görə, baş məşqçim...

1943 İdman 09:19 01 noyabr 2017

Son xəbərlər